12px14px16px18px

Levon Ter-Petrosyan: “Cinayətkar rejimə bir də səs verməyin!”

10:36 / 20.04.2012 Mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkisi kampaniyası çərçivəsində Armavir vilayətinə səfər edən Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan aprelin 18-də seçicilərlə görüşdə çıxışını “Cinayətkar rejimə bir səs də verməyin!” şüarı ilə başlayıb. “Media forum” saytının məlumatına görə, Ter-Petrosyan çıxışında seçicilərə “Kimdən, nədən qorxursuz” sualı ilə müraciət edib: “Hətta onlar adamların qorxudan evdə oturduqlarını desələr də, mən əminəm ki, əhalinin çoxu bizim lehimizə, hakimiyyətin əleyhinə səs verəcək”. Ter-Petrosyan Respublika və Orinats Yerkir partiyalarına səs verənlərin cinayətkara çevriləcəyini vurğulayıb: “Onlar gecə-gündüz sizi talan edəcək, uşaqlarınızı əsgərliyə aparıb sülh şəraitində öldürəcək, dərinizi soyacaq, evlərinizi və torpaqlarınızı əlinizdən alıb, sonra da onlara səs vermənizi xahiş edəcəklər. Ona görə də mən deyirəm ki, hakimiyyətə bir dənə də səs verməyin!” Ter-Petrosyan 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib. 1998-ci ilin fevralında istefa verməyə məcbur edilib.  


Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar