12px14px16px18px

Suriyadakı səfirliyimizin əməkdaşlarının ailələri Dəməşqdən çıxarıldı

00:17 / 17.04.2012
Azərbaycanın Suriyadakı səfirliyinin əməkdaşlarının ailələri təhlükəsizlik məqsədilə Dəməşqdən çıxarılaraq Vətənə göndərilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O, səfirliyin işçilərinin ölkədən çıxarılması barədə isə hələlik göstəriş olmadığını, səfirliyin normal qaydada, tam heyətlə fəaliyyətini davam etdirdiyini deyib.
E. Abdullayevin sözlərinə görə, Azərbaycandan Suriyada təhsil alan 60-dək tələbə səfirliyin qeydiyyatında olub, hazırda isə 30-dək tələbə qalıb: “Səfirlik onlarla daim əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanır. Səfirlik onlara tövsiyə edib ki, ölkədə vəziyyət sabitləşənə qədər Azərbaycana qayıtsınlar”.



Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar