12px14px16px18px

Serbiya prezidenti istefa verdi

01:19 / 05.04.2012
Serbiya prezidenti Boris Tadiç vəzifəsindən istefa verib. APA-nın məlumatına görə, bu barədə Serbiyanın RTS dövlət televiziyası xəbər yayıb. Ölkədə mayın 6-da növbədənkənar prezident seçkiləri keçiriləcək. Eyni gündə parlament və bələdiyyə seçkiləri də olacaq.
Qeyd edək ki, B. Tadiçin səlahiyyət müddəti 10 ay sonra – 2013-cü ilin fevralında başa çatmalı idi. O, yeni seçkilərdə də namizədliyini irəli sürmək niyyətindədir. B. Tadiç bildirib ki, irəli sürdüyü islahatlar paketinə xalqdan dəstək almaq üçün növbədənkənar seçkilərə getməyə qərar verib. Seçkidə onun əsas rəqibi Təkamül Partiyasının lideri Tomislav Nikoliç olacaq.




Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar