12px14px16px18px

Nyu-Yorkda Azərbaycanın BMT-yə qəbulunun 20-ci ildönümü qeyd edilib

01:54 / 15.03.2012
Nyu-Yorkda bəzi postsovet ölkələrinin BMT-yə üzv olmasının 20-ci ildönümü qeyd edilib. APA-nın xəbərinə görə, şəhərin “The Pierre” otelində Azərbaycan, Ermənistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın BMT-yə qəbulunun 20 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Qəbulda BMT baş katibi Pan Gi Mun da iştirak edib. O, yubilyar ölkələri təbrik edərək onların BMT-yə töhfələrini qeyd edib və uğurlar arzulayıb. Xatırladaq ki, BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan təşkilat sıralarına qəbul edilib.


Bu yazı ( 187 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar