12px14px16px18px

Rusiyalı diplomat Minsk qrupunu təriflədi

“MİNSK QRUPU ƏN ÇƏTİN MÜNAQİŞƏLƏRDƏN BİRİ ÜZRƏ İŞLƏK RAZILAŞMALAR PLATFORMASINI FORMALAŞDIRMAĞI BACARIB”

00:56 / 10.03.2012  
“Biz hesab edirik ki, ATƏT-in Minsk qrupu ən effektiv diplomatik iş nümunələrindən biridir”. Bu sözləri APA-nın Moskva müxbirinə ATƏT-in Minsk Qrupunun fəaliyyətini şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Nazir müavini hesab edir ki, Minsk qrupu ən çətin münaqişələrdən biri üzrə bu müddət ərzində işlək razılaşmalar platformasını formalaşdırmağı bacarıb: “Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu hamıya məlumdur. Bu rol xüsusidir. Bu prosesə Rusiya prezidenti də daxil olmaqla dövlət başçılarının qatılmağını xüsusi vurğulamaq istərdim. Düşünürük ki, prinsipcə, biz o qədər də pis tarixə, pis platformaya malik deyilik. Münaqişənin həlli isə siyasi iradədən asılı olan məsələdir”.


Bu yazı ( 243 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar