12px14px16px18px

Benyamin Netanyahu: “İranla müharibə qaçılmazdır”

“İRANA QARŞI SANKSİYALAR BU ÖLKƏNİN NÜVƏ PROQRAMINI DAYANDIRMAQ ÜÇÜN HEÇ BİR TƏSİR GÜCÜNƏ MALİK DEYİL”

10:40 / 10.03.2012
“İranın nüvə silahına sahib olmasının qarşısını almağın yeganə yolu ciddi hərbi təhdiddir. Yalnız bu vəziyyətdə hərbi müdaxiləyə ehtiyac qalmayacaq”. APA-nın məlumatına görə, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu “FOX News”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranla müharibə qaçılmazdır: “Bu ölkə yalnız 2003-cü ildə geri addım atıb. Çünki həmin vaxt İran gerçək bir təhdidin varlığına inandı. İndi belə bir paradoksla qarşı-qarşıyayıq. Əgər İran həqiqətən hücumla qarşı-qarşıya qalacağına inansa, o zaman müdaxiləyə gərək qalmaya bilər”. B. Netanyahu deyib ki, İranın nüvə silahına sahib olmaq ehtimalı gündən-günə artır: “Mən 15 il əvvəl bu mövzudan danışanda bu, çox uzaq ehtimal idi. Ancaq 10 il əvvəl belə bir ehtimal gerçəkliyə çevrilməyə başladı. 5 ay əvvəl isə lap yaxın oldu. Yəni addım-addım bu məqsədə yaxınlaşırlar”. İsrailin baş naziri vurğulayıb ki, İrana qarşı sanksiyalar bu ölkənin nüvə proqramını dayandırmaq üçün heç bir təsir gücünə malik deyil: “Çünki sərt sanksiyalar hərbi variant olmadan işə yaramayacaq”.


Bu yazı ( 227 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar