12px14px16px18px

Liviyanın parçalanmasının başlanğıcı qoyuldu

08:17 / 07.03.2012
Dünən Liviyanın şərqində muxtar Barka regionunun yaradıldığı elan edilib. lent.az-ın İTAR-TASS agentliyinə istinqadən verdiyi məlumata görə, yerli tayfaların yüzlərlə şeyxi, siyasətçilər, Müəmmər Qəddafi rejiminə qarşı döyüşmüş silahlı birləşmələrin komandirləri Liviyada inqilabın əsas mərkəzi olmuş Benqazi ətrafında, Sirt körfəzindən Misir sərhədinə qədər olan neftlə zəngin ərazidə yeni federativ qurum yaratmağa razılaşıblar.
Bu ərazi Şimali Afrikada tarixi Kirenaika vilayəti kimi tanınır. Elə 2 min iştirakçının qatıldığı toplantı da Kirenaika Xalqı Konqresi adı altında keçirilib. Konqresdə keçmiş dissident şeyx Əhməd az-Zubeyra as-Senussinin rəhbərliyi altında Ali Keçid Şurası yaradılmasına qərar verilib. Əhməd az-Zubeyra as-Senussi hazırda mərkəzi Tripolidə yerləşən Liviya Milli Keçid Şurasının da üzvüdür. Muxtar qurumun müstəqil nazirlikləri, polisi, neft idarəsi, təhsil. Kommunal qurumu olacaq.
Qeyd edək ki, bundan əvvəl Liviya Milli Şurası ölkənin federallaşmasına qarşı olduğunu, bunun Liviyanın parçalanmasına yol açacağını bəyan edib. Bu gün Benqazidə Konqres keçirənlər isə bildiriblər ki, Liviyanın bütövlüyünün tərəfdarıdırlar, ancaq Müəmmər Qəddafinin hakimiyyəti illərində pozulmuş hüquqlarını bərpa etmək, öz talelərinin sahibi olmaq istəyirlər. Bu federal qurumu yaradanlar bəyan ediblər ki, Liviyanın mərkəzi hakimiyyəti beynəlxalq məsələlərlə məşğul olmalı, Liviyanın milli təhlükəsizliyini qorumalı, müdafiəsini təşkil etməlidir: “Kirenaika Liviyanın parçalanmasın əleyhinədir. Ancaq ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqların təmin edilməsi üçün federalizmə can atırıq”.



Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar