12px14px16px18px

Putin: “Rusiya İranla müharibənin başlamaması üçün əlindən gələni edəcək”

02:09 / 03.03.2012  
“Rusiya İranla müharibənin başlamaması üçün əlindən gələni edəcək”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiya prezidentliyinə namizəd Vladimir Putin Qərbin aparıcı mətbuat orqanlarının redaktorları ilə görüşündə çıxış edib. “Biz əlimizdən gələni edəcəyik ki, nə İranda, nə də onun ətrafında hərbi münaqişə baş verməsin. Bunun bizim üçün neqativ, birbaşa təsirləri ola bilər. Hərbi əməliyyatlar bir sıra ölkələrə, ilk növbədə Azərbaycana qaçqın axını ilə nəticələnə bilər. İran bizim qonşumuzdur, orada vəziyyətin gərginləşməsi, sözsüz ki, bütün regiona təsir edəcək. Düşünürəm ki, heç kim vəziyyətin nəzarətdən çıxmasında maraqlı deyil. Bununla belə İrana AEBA-nın nəzarəti altında dinc atom proqramını inkişaf etdirməyə şərait yaratmaq lazımdır. Rusiya İran rəhbərliyinin İsrail əleyhinə fikirlərini həmişə neqativ qəbul edib və bu mövqeyini Tehranın nəzərinə çatdırıb”.


Bu yazı ( 271 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar