12px14px16px18px

Valeri Abramidze: “Biz basketbol yox, futbol oynayırıq”

11:33 / 02.05.2012
“İnter” klubunun müdafiəçisi Valeri Abramidzenin Qol.Az saytına müsahibəsi

– İlk öncə Unibank Premyer Liqanın 30-cu turunda evdə “Xəzər Lənkəran” la 0:0 hesabıyla bərabərə qaldığınız görüş haqda fikirlərini bilmək istərdim.
– Həddindən artıq gərgin və çox vacib bir oyun idi. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Qarşılaşmada hesab açılmasa da, qol vurmaq üçün şanslarımız az olmadı. Amma bunu reallaşdıra bilmədik.
– Qol vura bilməməyinizin səbəbini nədə görürsən?
– Düzdür, qol epizodlarını dəyərləndirə bilmədik. Lakin hər oyunda bütün ələ düşən imkanları dəyərləndirsək, onda bu, futbol yox, basketbol olar. Biz axı, basketbol yox, futbol oynayırıq. Elə rəqibimizin də qol epizodları az olmadı. Onlar da bu fürsətdən istifadə edə bilərdilər. Fikrimcə, hər iki komanda real qol şanslarını dəyərləndirə bilsəydi, hesab 4:4 olardı.
– Hazırda turnir cədvəlinin üçüncü pilləsindəsiniz. Ən əsas izləyiciniz “Qarabağ” sizdən cəmi üç xal geri qalır. Necə düşünürsən,mövsümün sonuna qədər hazırkı yerinizi qoruya biləcəksiniz?
– Biz mövsümün sonunda nəinki üçüncü pilləni qoruya, hətta ikinci yerə də qalxa bilərik. Hər şey öz əlimizdədir.
– Yeri gəlmişkən, növbəti turda “Qarabağ”la Quzanlıda üz-üzə gələcəksiniz.
– Bu, bizim üçün ən həlledici qarşılaşmalardan biri olacaq. Bu oyunda qeydə alınacaq nəticə klubların Avroliqada çıxış edib-etməyəcəyini müəyyənləşdirəcək. Ona görə də, biz nəticəyə oynayacağıq. Rəqibimiz də çox təcrübəli və güclü komandadır. Hər zamanki kimi onlarla oyunumuzun çətin keçəcəyini düşünürəm. İstənilən halda çalışacağıq ki, yaxşı nəticə əldə edək. Həm qələbə, həm də heç-heçə bizi qane edəcək.
– Komandanın təcrübəli müdafiəçisi kimi “Qarabağ”ın heyətində xüsusi olaraq hansı futbolçudan ehtiyat edirsən?
– Bir müdafiəçi kimi mənim üçün rəqibin ən çətin futbolçusu Georgi Adamiyadır. Onun adını yerlim və dostum olduğu üçün çəkmirım. Çünki Adamiya hər zaman gözlənilməz olanları edə bilir. Elə futbolçular var ki, onların oyunlarını, nə edəcəklərini “oxuyursan”. Lakin Adamiyada bunu etmək çətindir.
– Quzanlıda məğlub olsanız, Avroliqa şanslarınız yarıbayarı azalacaq...
– Əlbəttə, bunu çox gözəl dərk edirik. Məhz bu üzdən komanda “Qarabağ”la qarşılaşmaya çox ciddi yanaşır. Ona görə də hazırlıqlar yüksək səviyyədə gedir. Məncə, amansız bir mübarizə olacaq. Əsas hakimlik normal səviyyədə olsun.
Əli HƏYATİ




Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar