12px14px16px18px

“Niderland-Azərbaycan əlaqələri çoxşaxəli formada inkişaf edib”

ARYEN UYTERLİNDEN: “AZƏRBAYCAN NİDERLAND DA DAXİL OLMAQLA AVROPA ÜÇÜN COĞRAFİ, GEOSİYASİ VƏ ENERJİ RESURSLARI BAXIMINDAN ÖNƏMLİ ÖLKƏDİR”

01:13 / 24.04.2012
Müsahibimiz Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlindendir

–Cənab səfir, aprel ayında Niderland və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasından 20 il ötdü. Bu dövr ərzində münasibətlərin inkişafını necə dəyərləndirirsiniz?
–Niderland və Azərbaycan arasında əlaqədər müsbət, balanslaşmış və çoxşaxəli formada inkişaf edib. Təxminən 3 il əvvəl hər iki ölkədə səfirliklərin açılması ilə ikitərəfli əlaqədər yeni mərhələyə qədəm qoydu. 90-cı illərdə Niderlandda hökuməti siyasi və iqtisadi keçid dönəmində Azərbaycana dəstək verdi və məcburi köçkünlərin ciddi problemlərinin həllində yardımçı oldu. Avropa Birliyinin və Avropa Şurasının üzvü kimi Azərbaycanın Avropaya istiqamət almasını alqışlayır, demokratiya və insan hüquqları sahəsində daha çox islahatlar aparmağa sövq edirik. Bu gün bizim ölkələr həm ikitərfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara uyğun birgə fəaliyyət göstərir. Mən məmuniyyətlə qeyd etmək istəyirəm ki, biznesin inkişafına, həmçinin turizmin və tələbə mübadiləsinin inkişafına olan maraq artmaqdadır. Bizim vətəndaş cəmiyyətləri arasında bağlanan müqavilələr burada vasitəçi rolunu oynayır.
–Bu ay həm də Niderland xalq öz milli bayramını qeyd edir. Bu günün tarixi və əhəmiyyəti barədə bizim oxuculara nə deyə bilərsiniz?
–Niderlandların 30 aprel tarixində qeyd etdikləri milli bayramı bizim mərhum Kraliça Culiananın doğum gününə təsadüf edir. Bizim hazırki Kraliça, Zati-aliləri Beatriks bu günü onun şərəfinə qeyd etməyi qərara aldı. Yazın ortasında ənənəvi oyun və festivallarla qeyd olunan bu gün insanların birliyini və həmrəyliyini təcəssüm edir. Bu bayramla əlaqədər bir çox insanlar narıncı paltar geyinir. Niderlandın dövlət himni və bayrağının yaranması 16-cı əsrə təsadüf edir. Bu vaxt Lou Lends Villiam Oranjın başçılığı aldında azadlıq uğrunda mübarizə aparırdı.
–Niderland ən çox hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək marağındadır?
–Azərbaycan Niderland da daxil olmaqla Avropa üçün coğrafi, geosiyasi və enerji resursları baxımından önəmli ölkədir. Azərbaycanın və onun regionunun stabil və dayanıqlı mühitdə inkişaf etməsi bizim maraqlarımıza uyğundur: bizim hökümət səviyyəsində olan əməkdaşlığımız, dövlət qulluqçuları, diplomatlar, məmurlar və başqaları üçün təşkil etdiyimiz hazırlıq kursları və tvinninq layihələri bu məqsədə xidmət edir. Biz həmçinin Azərbaycanla siyasi dialoqa, onun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və Avropanın əhəmiyyətli forumlarının iştirakçısı kimi imkanlarına böyük qiymət veririk. İqtisadi əməkdaşlığa gəldikdə isə, Azərbaycanın diversifikasiya fonunda Niderland kənd təsərrüfatı, logistika, nəqliyyat, su təminatı, həyati elmlər və digər innovasiyalı və yüksək texnikalı sahələrdə təcrübəsini bölüşə bilər.
–Bəs iki ölkə arasında olan iqtisadi əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz? Holland iş adamları daha çox hansı sahələrə sərmayə qoymaqda maraqlıdırlar və bizim ölkələr arasında olan qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin həcmi nə qədərdir?
–Son bir neçə il ərzində ölkələrimiz arasında olan ticarət dövriyyəsi dəyişkən olub və orta hesabla illik 200 milyon dollar təşkil edib. Azərbaycan əsasən neft məhsulları ixrac edir, holland şirkətləri isə maşın, avadanlıq, qida və güllər. Hollandlar Azərbaycanda aktiv fəaliyyət göstərirlər. Onlar təkcə neft sənayesində deyil, həm də Ələtdə yeni limanın tikilməsi, deltalarda daşqınlardan mühafizə kimi infrastruktur layihələrdə və həmçinin kənd təsərrüfatı və bağçılıq sahəsində fəaliyyət göstərirlər. Avropanın qapısı olan Niderland vasitəsilə Azərbaycana sərmayə gəlir və eyni zamanda sizin ölkə neftdən əldə olunan gəlirlərin bir hissəsini sərmayə şəklində bizim ölkənin maliyyə vasitələrinə yatırır. Aydın məsələdir ki, bu əməkdaşlığın daha da genişlənməsi üçün imkanlar var. Xarici sərmayələr üçün biznes mühitinin yaxşılaşdırılması, ÜTT-na üzvlüklə bağlı danışıqların sürətləndirilməsi, ticarət və qeyri-ticarət maneələrinin aradan qaldırılması təkcə Azərbaycan bazarının genişlənməsinə deyil, həmçinin onun rəqabətə davamlılığının və ixrac potensialının artmasına kömək edəcək.
PƏrvanƏ






Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar