12px14px16px18px

“Biz həqiqətən köməyə ehtiyacı olan insanlara yardım göstərmək istəyirik”

MÜSAHİBİMİZ “İRŞAD İSLAM ARAŞDIRMALAR MƏRKƏZİ”NİN NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “ELM VƏ TƏHSİLƏ YARDIM” FONDUNUN DİREKTORU İLHAMƏ İSMAYILOVADIR.

12:58 / 07.04.2012
– İlhamə xanım, bu yaxınlarda “Elm və təhsilə yardım” fondunun fəaliyyətə başladığını bəyan etmişdiniz. Artıq bir aydan çox vaxt keçib. İşlər necə gedir, praktiki addımlar atılıbmı?
– Fond haqqında informasiya vasitələrində məlumat dərc olunandan bir neçə gün keçmiş telefon zəngləri və ciddi təkliflər gəlməyə başladı. Tərəfimizdən bir ay ərzində bizə maddi yardım, kitabların nəşri və ödənişli təhsilə maddi yardımla əlaqədar müraciət edən insanlarla artıq bir neçə dəfə görüşlər keçirilib. Bu, əlbəttə ki, bir dəfə keçirilən aksiya deyil, davamlı prosesdir. Biz onlarla danışırıq, məlumat alırıq, gələcəkdə daha da mükəmməl baxılması üçün hazır işi qəbul edirik. Bu da az vaxt almır. Mövzular ədəbiyyatdan tutmuş dəqiq elmlərə qədər müxtəlifdir. Ona görə də biz öz iş istiqamətimizi müəyyən etmişik. Bu il, Fondumuz yalnız həcmi 300-450 səhifə olan 3 kitab çapını reallaşdıra bilər. Əsas diqqət cəmiyyətimiz üçün faydalı olan, ölkədə və ölkədən kənarda Dağlıq Qarabağ mövzusu, onun tarixi keçmişi, müxtəlif ölkələrdən, o cümlədən, qonşu İrandan ermənilərin orada məskunlaşması ətrafında cərəyan edən mövzulara yönəldiləcək.
“Ermənilər Qafqazda” adlı (350 səhifəlik) kitab qəbul olunmuşdur. İyun ayının sonuna qədər bu kitabın nəşri tamamlanır, biz onun təqdimatını keçirərək müəllif və oxucu arasında açıq dialoq, dispotlar təşkil edəcəyik.
– Tələbələrlə işlər nə yerdədir? Axı, artıq dərs ili bitir, yeni dərs ili isə sentyabr ayında başlayacaq. Demək, Fond bu sahədə öz işini yeni tədris ilinin əvvəlində başlayacaq?
– Bəli, siz haqlısınız. Biz də belə düşünürük. Amma elə incəliklər var ki, onları yalnız bu işlə bilavasitə məşğul olanlar məlumatlıdırlar. Bizə ümumi təhsil haqqının yarısının ödənilməmiş hissəsinə görə 3 tələbə müraciət etmişdir və növbəti kursa keçmək üçün may ayının sonuna qədər onlar qalan məbləği əldə etməli və ödəməlidirlər. Bu işin bizi və ali təhsil müəssisəsini qane edən yollarını müəyyənləşdirdik. Onlarla əldə edilmiş razılığa əsasən qalan məbləğ üç ay müddətində mərhələlərlə Fond tərəfindən ödəniləcək. Bu yolla, borcu olan tələbələrin problemləri nisbətən həll olunacaq.Düzünü desək, bu, elə də asan iş deyil. Biz həqiqətən köməyə ehtiyacı olan insanlara yardım göstərmək istəyirik. Məbləğin ödənilmə səbəbini və vəziyyətin aydınlaşdırılması, ailənin maddi durumunu, tələbənin tədris prosesinə necə yanaşmasını dəyərləndirmək üçün xeyli vaxt və səy tələb olunur. Şükürlər olsun ki, işlər yaxşı gedir, biz də bir sıra yeni məlumatlarla tanış olur, çalışırıq ki, öz seçimimizdə səhv etməyək, və əsas odur ki, bəzən olacaq xahişlərə imtina ilə kiminsə xətrinə dəyməyək. Faktlar əsaslı olmalı və bizim qərarlarımızda heç bir şübhə yeri qalmamalıdır. Güman edirəm ki, növbəti təhsil ilində işlərimiz artacaq və biz daha çox ehtiyacı olan tələbələrə, alimlərə kömək etməyi reallaşdıracağıq.





Bu yazı ( 174 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar