12px14px16px18px

Stepan Səfəryan: “Qarabağ nizamlanmasının açarı münaqişə tərəflərinin əlindədir”

12:12 / 06.04.2012
Ermənistan parlamentinin “Naslediye” (İrs) fraksiyasının rəhbəri Stepan Səfəryan bir qrup azərbaycanlı  jurnalistin suallarını cavablandırıb

– Azərbaycanın və Ermənistanın parlamentariləri və vətəndaş cəmiyyətinin nümayəndələri arasında ünsiyyətin yaradılması Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilərmi?
– Mən özüm axırıncı dəfə Bakıda 2007-ci ildə olmuşam. Buraya indiki səfərim isə “Avronest” Parlament Assambleyasının (PA) Bakıda keçirilən İkinci sessiyası ilə əlaqədardır. Mənim yenidən Bakıya səfər etməyimin məqsədi tərəflər arasında ünsiyyət kanallarının açılmasını təmin etməkdən ibarətdir. Biz bir-birimizi üçüncü ölkələrin paytaxtlarında ittiham etməməliyik. Əgər bir-birimizə deyiləcək sözümüz varsa, bunu Bakıda və İrəvanda görüşüb deməliyik. Ermənilərlə azərbaycanlılar arasında ünsiyyətin yaradılmasını başlıca vasitə hesab edirəm. Təəssüflər olsun ki, son illərdə bu ünsiyyət demək olar ki, azalıb. Mən öz tərəfimdən arzu edirəm ki, belə əlaqələr təkcə Azərbaycanla Ermənistan arasında yox, həm də Azərbaycanla Dağlıq Qarabağ arasında yaradılsın. Bir-birini saymamaq vəziyyətdən çıxış yolu ola bilməz. Buna görə də, ilk növbədə azərbaycanlılarla ermənilər arasında ünsiyyət kanallarının yaradılmasını olduqca vacib hesab edirəm.
– Rəsmi Bakı ilə Qarabağın erməni icmasının nümayəndələri arasında dialoqun yaradılması ideyasını necə qiymətləndirirsiniz? Belə bir dialoq münaqişənin nizamlanmasına necə təsir göstərə bilər?
– Bunun çox vacib olduğunu düşünürəm. Dağlıq Qarabağın iştirakı olmadan Qarabağ nizamlanmasına nail olmaq mümkün olmayacaq.
– Vətəndaş cəmiyyətinin nümayəndələri, xüsusilə Qarabağın azərbaycanlı icmasının nümayəndələri son vaxtlar erməni tərəfinin nümayəndələri ilə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. Bu qəbildən olan görüşlər Qarabağ münaqişəsinin nizamlanması prosesinə nə dərəcədə müsbət təsir göstərə bilər?
– Mən həmçinin bu amili də münaqişənin həll olunmasında rol oynaya bilən vasitə hesab edirəm.
– Fransanın ATƏT-in Minsk qrupunda Avropa İttifaqı (Aİ) ilə əvəzlənməsinə dair Avropa parlamentinin tövsiyəsi Qarabağ münaqişəsinin nizamlanmasına köməklik göstərə bilərmi?
–Bu yalnız problemin texniki manipulyasiyası deməkdir. Çünki Fransanın özü Avropa İttifaqını təmsil edir. Əlbəttə ATƏT-in Minsk qrupu formalaşan zaman Fransanın bütün Avropanı təmsil edəcəyindən söhbət getməmişdi. Lakin reallıqda, Fransa, Avropanın lider ölkələrindən biridir. Fransa öz mövqelərini çox fəal və müntəzəm şəkildə Avropa dövlətləri ilə razılaşdırır. Ona görə, mənim heç yadıma gəlmir ki, Fransa bir fikir söyləsin, Avropa İttifaqının digər dövlətləri isə bunu bölüşməsinlər. Avropanın vahid xarici siyasətinin olmadığını demək istəmirəm.
Lakin əgər hətta Fransa ATƏT-in Minsk qrupunda Avropa İttifaqı ilə əvəzlənərsə Aİ-nin yaxın keçmişdə Rusiya, ABŞ və Fransanın etdiyi kimi cəbhə xəttində baş verən hadisələrə hansı şəkildə operativ reaksiya verəcəyi məsələsi anlaşılmaz olaraq qalır.
– Qarabağın nizamlanması üzrə hansı vasitəçi ölkə hazırki vəziyyətdə bu problemin həllində əhəmiyyətli rol oynaya bilər?
– Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının açarının Moskva, Vaşinqton və ya Brüsseldə olduğuna inananlardan deyiləm. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının açarı Qarabağın, Bakının, İrəvanın özündədir. Əlbəttə ki, vasitəçilərin Minsk qrupu çərçivəsində oynadıqları rolu yüksək qiymətləndirirəm, lakin onların münaqişəni bizim əvəzimizə tənzimləyəcəyini gözləmirəm.
– Bu halda, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından istifadənin davam etdirilməsinin bir əhəmiyyəti varmı?
– Vasitəçilik zəruridir, ondan qaçmaq olmaz. Münaqişənin bütün nizamlanma nəzəriyyələrində vasitəçilik çox mühüm rol oynayır. Lakin əgər söhbət uzunmüddətli yaxud stabil sülhdən getsəydi, vasitəçilər heç vaxt həll məsələsini ortaya atmazdılar. Əgər əlbəttə biz sülhün sabit və uzunmüddətli olmasını düşünmürüksə, o zaman həll məsələsini ortaya atmaq olar. Lakin bu qeyri-stabilliyə yeni yol olacaq.
VAHAB





Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar