12px14px16px18px

“İnformasiya texnologiyaları sahəsində əsas istiqamətlər və iş imkanları” araşdırılıb

00:51 / 25.05.2012
Dünən Bakı Dövlət Universitetində (BDU) fəal tələbə-gənclər üçün “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar-treninq təşkil edilib. Seminar BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və MilliByte İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) birgə təşkilatçılığı ilə baş tutub. Seminarda çıxış edən THİK-in sədri Daşqın Qənbərov müasir qloballaşma şəraitində ölkənin, cəmiyyətin inkişafında informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rolundan danışıb. D.Qənbərov bildirib ki, ölkədə elm, təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə İKT-nin tətbiqində müəyyən uğurlar qazanılıb. İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı televiziya və radio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaratmışdır. Onun sözlərinə görə, İKT məsləhətləşmələrin aparılması, gündəliyin seçkilərdə və ərizələrlə müəyyən edilməsi kimi demokratiyada iştirakın genişləndirilməsi üçün vətəndaş və digər iştirakçılara yeni imkanlar bəxş edə bilər. Bu həmçinin siyasi həyata əvvəllər siyasətlə maraqlanmayan insanların cəlb olunması üçün də üstünlüyə malik ola bilər. Vətəndaşlar məlumatın asanlıqla əldə olunması şəraitində qərarların qəbul edilməsi prosesində iştirak edəcəklər, buna isə yalnız yüksək şəffaflıq dərəcəsində nail olmaq mümkündür. MilliByte İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Xəyal Kərim İTM-in prioritet istiqamətlərindən, texniki imkanlarından bəhs edib. Sonra mövzu ilə bağlı məlumatlar verilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
S.QARAYEVA


Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar