12px14px16px18px

Paytaxt məktəblərində pedaqoji kadrlara olan tələbat müəyyənləşdirilib

00:38 / 24.05.2012
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2012-2013-cü tədris ili üçün orta məktəblərdə pedaqoji kadrlara olan tələbatı müəyyənləşdirib. İdarənin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bildirib ki, hazırda Bakının orta məktəblərində 282 vakant müəllim yeri var. Vakant yerlər daha çox Bakının Xəzər, Sabunçu və Qaradağ rayonlarındakı orta məktəblərdədir. Bakının Xəzər rayonundakı orta məktəblərdə 66, Sabunçu rayonundakı orta məktəblərdə 58, Qaradağ rayonundakı orta məktəblərdə 41 vakant yer var: “Bakıda daha çox fiziki tərbiyə (44 yer), ibtidai sinif müəllimi (40 yer), ingilis dili (34 yer), informatika (25 yer), gənclərin çağırışa qədərki hazırlığı (20 yer) fənləri üzrə müəllimlərə ehtiyac duyulur.
Vakant yerlərin siyahısı artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təhsil Nazirliyinə təqdim edilib”. B.Nəbiyevin sözlərinə görə, 2006-ci ildə Bakıdakı orta məktəblərdə yığma saatlar hesabına 1400 nəfər artıq ibtidai sinif müəllimi var idi. Həmin vaxtdan sonra təxminən 100 sinfin azalmasına baxmayaraq, ibtidai sinif müəllimlərinin sayı 200-ə enib. Həmin müəllimlər də hazırda əsasən mərkəzi orta məktəblərdə çalışırlar.
S.QARAYEVA



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar