12px14px16px18px

Turizm İnstitutunda “Hyatt Regency Bakı”nın təmsilçilərilə görüş keçirilib

00:50 / 19.05.2012
Dünən Azərbaycan Turizm İnstitutunda (ATİ) əsası 1957-ci ildə ABŞ-da qoyulan, Bakıda ilk beynəlxalq mehmanxanalar şəbəkəsi sayılan “Hyatt Regency Bakı”nın məsul şəxsləri ilə institutun Turizm və otelçilik, Menecment ixtisasları üzrə təhsil alan tələbələrinin görüşü olub. İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, təqdimat və sual-cavab formatındakı tədbirdə “Hyatt otel”in təmsilçilərindən Səbinə Hüseynova, Fərman Mehdizadə, Fadi Akeel, Yevgeniy Nahman tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Fadi Akeel Hyatt otelin insanlara sıradan müştəri xidməti deyil, xüsusilə hədəf bilinən qonaqpərvərliyin detallarını şərh edib. Öz ölkəsinin – İordaniyanın timsalında turizmin inkişafına təkan verən amillər sırasında belə yanaşmanın müstəsna rol oynadığını xüsusi vurğulayıb. Turizmin gəzmək, əylənmək, sadəcə görmək prizmasından deyil, sivilizasiyaların qarşılıqlı inkişaf göstəricisi olduğunu bildirib. Qonaqpərvərliyin yeraltı təbii sərvətlərdən məhrum olan ölkələrin iqtisadi inkişafında, maliyyə resurslarının formalaşmasında və möhkəmlənməsində əhəmiyyətindən danışıb. Fərman Mehdizadə Hyatt oteldəki fəaliyyətində yalnız işləmək yox, öyrənmək, təcrübə qazanmaq tendensiyasının üstünlüklərini şərh edib. Səbinə Hüseynova isə ATİ tələbələrinə maraqlı təkliflər edib. O, yay dövründə 3 aylıq iş, eyni zamanda Hyatt otelin Harvard Biznes Məktəbi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi liderlik və menecment kurslarından yararlanmağı məsləhət görüb, təlim və inkişaf proqramlarının ATİ tələbələri üçün faydalığına inandığını bildirib. S.QARAYEVA


Bu yazı ( 217 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar