12px14px16px18px

BSU-da şagird-tələbə elmi konfransı keçirilib

01:15 / 09.05.2012
Dünən Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan “Müasir Azərbaycan Ulu ündər Heydər Əliyevin ideyaları uğrunda ” mövzusunda ənənəvi şagird-tələbə elmi konfransı keçirilib. Konfransa Bakı məktəbliləri və tələbələrlə yanaşı, Mingəçevir, Şəki, Beyləqan və Ağcabədi rayonlarında məskunlaşan Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayon qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri cəlb edilib. Qeyd edək ki, qaçqın məktəblərinin şagirdlərinə Bakı Slavyan Universitetinin xüsusi diqqəti Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsinə dair” mühüm sosial siyasətinə xidmət edir. Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor K.Abdullayev universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olduqlarını, şagirdlərin elmi işlərinə rəhbərlik etdiklərini vurğulayıb. O, bildirib ki, Bakının qabaqcıl lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə yanaşı, müxtəlif bölgələrdə yerləşən qazqın məktəbləri şagirdlərinin konfransda iştirakı olduqca vacibdir: “Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugünki milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq”. Konfransın işi “Azərbaycan dili və ədəbiyyatı”, “İctimai elmlər”, “Təhsil və mədəniyyət”, “İqtisadiyyat”, “Xarici dillər. Tərcümə” bülmələri üzrə təşkil olunmuşdu. Bakı məktəbliləri, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı, xarici dillərdə də məruzələrlə çıxış ediblər. Laçın, Zəngilan, Ağdam, Cəbrayıl rayonlarından gələn şagirdlər BSU-nun professor-müəllim heyəti, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxana, ayrı-ayrı fakültələri ilə yaxından tanış olublar. Konfransın sonunda BSU Məktəb-Lisey Kompleksi, BDU nəzdində “Gənc istedadlar” liseyi, Heydər Əliyev adına MTK, Bakı Avropa Liseyi, 190 saylı və sair məktəbin şagirdləri, universitetin tələbələri, eləcə də qaçqın məktəblərindən olan istedadlar fərqləndikləri üçün diplom və hədiyyələrlə mükafatlandırılıblar. S.QARAYEVA


Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar