12px14px16px18px

“Arzuladığın gələcək” ekoloji multimedia müsabiqəsi üzrə elmi mühazirə təşkil olunub

11:49 / 05.05.2012
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində IDEA kampaniyasının “IDEA mühazirələri” layihəsi çərçivəsində elan edilmiş “Arzuladığın gələcək” adlı ekoloji multimedia müsabiqəsi üçün növbəti elmi mühazirə təşkil edilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, qaydalara əsasən müsabiqədə layihə çərçivəsində mühazirələr keçiriləcək universitetlərin tələbə qrupları iştirak edə bilərlər.“IDEA mühazirələri” layihəsi çərçivəsində təşkil edilən mühazirədən sonra tələbələrə müsabiqə haqqında əyani şəkildə məlumat çatdırılaraq, işlərin təqdim edilməsi üçün qruplara 15 gün vaxt verilir. Müsabiqənin yekunu olaraq ən yaxşı birinci, ikinci və üçüncü yerlərə seçiləcək tələbə qruplarının işlərinin diplom və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub. Məlumatda bildirilib ki, bugünlərdə Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün ekologiya elmləri üzrə fəlsəfə doktoru Firuzə Sultanzadənin “Müasir dünyamızda mövcud olan qlobal ekoloji problemlər” mövzusuna aid elmi mühazirəsi təşkil edilib. Növbəti mühazirələrin, Azərbaycan Diplomatik Akademiyasında, Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, IDEA ( İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci il iyul ayının 11-də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.
S.QARAYEVA



Bu yazı ( 174 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar