12px14px16px18px

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə iyunun sonunda elan ediləcək

11:47 / 05.05.2012
Azərbaycanda 2012-2013-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqə barədə elan iyunun sonunda veriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il olduğu kimi, bu il də Bakı şəhərindəki orta məktəblərə işə qəbul olmaq üçün keçirilən test imtahanlarında mümkün 35 baldan 28-ni toplayan namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar. Amma rayonlardakı məktəblərə işə qəbul olmaq istəyən namizədlərə güzəşt edilir. Rayonlarda mümkün 35 baldan 21 bal toplayan namizədlər müsabiqəyə buraxılacaq. Nazirliyin məlumatında bildirib ki, yüksək bal toplayan namizədlər ona təklif olunan vakant yeri qəbul etmədikdə onlar ehtiyat kadr kimi saxlanılır. Test imtahanlarında 28-dən yüksək bal toplayan namizədlər il ərzində yaranmış vakant yerlərə işə qəbul oluna bilərlər.
Nazirlikdən qeyd olunub ki, hazırda nazirlik tərəfindən növbəti tədris ili üçün orta məktəblərdə yaranan vakant yerlər toplanılır: “Ötən il 2000-dən çox vakant yer üzrə müsabiqə keçiriləcək”.
Qeyd edək ki, ötən ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər.
Yekunda – üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.
S.QARAYEVA



Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar