12px14px16px18px

Təhsil naziri doktorantura ixtisaslarının təsnifatı haqqında əmr imzalayıb

01:46 / 03.05.2012
Nazirlər Kabinetinin “Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında Qərarının icrasını təmin etmək məqsədilə təhsil naziri Misir Mərdanov tərəfindən əmr imzalanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən, Nazirliyin Elm şöbəsi ali təhsil müəssisələrinin doktoranturalarına qəbul və dissertantların təhkimolunma planlarını “Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların Təsnifatı”na əsasən tərtib edilməsini təmin etməlidir. Əmrdə ali təhsil müəssisələrinin rektorlarına və təhsil sistemində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının direktorlarına tapşırılıb ki, 2012-ci ildə doktoranturaya sifariş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğun olaraq hazırlansın, doktoranturalarda kadr hazırlığı təsdiq olunmuş Təsnifat əsasında həyata keçirilsin.
Nazirlikdən qeyd olunub ki, bu ilin dekabrında doktorantlar və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı keçiriləcək. Təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrə əsasən, konfrans Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Tədbirin keçirilməsi elmin müxtəlif sahələrində əldə olunmuş nəticələri müzakirə etmək, habelə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyır.
Əmrə əsasən, doktorantların və gənc tədqiqatçıların məruzə tezisləri oktyabrın 15-dək nazirliyin elm şöbəsinə təqdim edilməlidir. Konfransın proqramı isə noyabrın 10-dək hazırlanacaq.
S.QARAYEVA




Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar