12px14px16px18px

“Gündəliklərdəki reklamlar şagirdlərin fikrini yayındıra bilməz”

01:46 / 03.05.2012
“Mən digər ölkələrin gündəliklərinə də baxmışam, onların gündəliyində də reklamların olduğunu görmüşəm. Hesab edirəm ki, bu reklamlar şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”. Bunu təhsil naziri Misir Mərdanov yeni tərtib edilən gündəliklərdə reklamların yerləşdirilməsi barədə sualı cavablandırarkən deyib. Təhsil naziri hesab edir ki, reklamlar heç bir fikir yayınmasına səbəb ola bilməz: “İkincisi də, gündəliyi biz nəşr etmirik. Gündəliyi nəşriyyat çap edir, bu suallara da onlar cavab versə, daha yaxşı olar”. M.Mərdanov buraxılış imtahanlarından sonra attestatların hansı qurum tərəfindən veriləcəyi məsələsinə də münasibət bildirib: “Qanunda attestatların Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. Yəqin ki, bu il də məzunlara attestatları biz verəcəyik”. Nazir əlavə edib ki, “Eurovision 2012” Mahnı Müsabiqəsinin keçiriləcəyi müddətdə Bakıdakı orta məktəblərdə dərslərin dayandırılmasına zərurət yaranmayacaq. M.Mərdanov deyib ki, bu yarışma Bakının müəyyən hissəsində keçiriləcək: “Müsabiqə keçirilən zaman artıq dərslər başa çatmaq ərəfəsində olacaq”. M.Mərdanovun sözlərinə əsasən, hələlik orta məktəblərdə dərslərin dayandırılması məsələsinin müzakirəyə çıxarılması və bununla bağlı qərarın verilməsi gözlənilmir.
S.QARAYEVA




Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar