12px14px16px18px

Buraxılış imtahanlarına aid qaydaların ilkin variantı hazırlanıb

01:43 / 03.05.2012
Orta ümumtəhsil məktəblərinin buraxılış imtahanları ilə bağlı Qaydaların ilkin variantı artıq hazırdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, hazırda qaydaların ayrı-ayrı bəndləri üzərində iş gedir. Qaydalarda imtahanların keçirilməsi və məzmununa aid bütün məsələlər əks olunacaq. E.Nağızadə bildirib ki, yaxın günlərdə Qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq: “Hazırda müzakirə olunan əsas məsələlərdən biri attestatların hansı qurum tərəfindən veriləcəyi və imtahan günlərinin müəyyənləşdirilməsidir”.
Qeyd edək ki, Təhsil Nazirliyi bu gün bu ilin məzunları ilə bağlı məlumat bazasını TQDK-ya təqdim edib. Hazırda bazada olan məlumatların təhlili aparılır.
E.Nağızadə əlavə edib ki, ali məktəblərə 65 minə yaxın abituriyent sənəd verib. Ali məktəblərə sənəd verən 53 132 abituriyent öz elektron ərizəsini təsdiqləyib. Onlardan 44 787 nəfəri Azərbaycan, 8345 nəfəri rus bölməsinin məzunudur. Ərizə verənlər arasında III ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir. Ali məktəblərə ərizə qəbulu aprelin 10-dan başlayıb və mayın 18-də başa çatacaq. E.Nağızadə bildirib ki, Rusiyanın ali məktəblərinin Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərinə 20 nəfər sənəd verib. Rusiya ali məktəblərinə ərizə qəbulu mayın 8-də başa çatacaq.
S.QARAYEVA




Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar