12px14px16px18px

Bakıda "Univision" tələbə mahnı yarışması təşkil olunacaq

12:00 / 02.05.2012
Mayın 15-17-də Bakıda "Univision" tələbə mahnı yarışması keçiriləcək. Dünən keçirilən mətbuat konfransında müsabiqənin media üzrə rəhbəri Səmayə Məmmədova deyib ki, yarışma Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə gerçəkləşəcək. O, gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində tədbirlər görüldüyünü diqqətə çatdırıb: "Müsabiqənin "Evrovision" formatında keçirilməsi planlaşdırılır. Hər bir Ali təhsil müəssisəsini 1 komanda təmsil edə bilər. Bakı Musiqi Akademiyasıda Akademiya daxili seçim turuna start verir. İştirakçılar professor və müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və ölkə üzrə final mərhələsinə vəsiqə qazanacaqdır. Musiqilər canlı və ya minus şəklində ifa edilə bilər.Qaliblər qiymətli hədiyyələr və diplomla mükafatlandırılacaqdır".
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, birinci "Univision" tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Final mərhələsi "Eurovizion" formatında keçiriləcək. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək.
Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. O qeyd edib ki, səsvermədə və yarışda yalnız tələbələr iştirak edə bilərlər: "Müsabiqənin səsverməsi sms-lə həyata keçirilməyəcək. Musiqi canlı, biletlər isə pulsuz olacaq. Müsabiqənin təşkili ilə yeni ənənəyə start verilir. Yarışma Heydər Əliyev Sarayında keçiriləcək".
Mətbuat konfransında yarışmanı canlı yayımını həyata keçirəcək "MuzTV"nin rəhbəri Tamara Çayxorskaya və "Qızıl Qala" prodakşının rəhbəri Cavid İsmayılov isə yarışmanın texniki tərəfləri barədə danışıblar.
S.QARAYEVA





Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar