12px14px16px18px

Bakı Dövlət və Xarkov Milli universitetləri arasında veb-konfrans olub

05:40 / 28.04.2012
Dünən Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin və V.N.Karazin adına Xarkov Milli Universitetinin (XMU) elmi kitabxanaları arasında veb-konfrans keçirilib. Universitetin mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, veb-konfrans universitet arasındakı əməkdaşlığa dair müqaviləyə uyğun olaraq reallaşdırılıb. Konfransda kitabxana işlərinin avtomatlaşdırılması, oxuculara xidmətin yeni imkanları, dəyərli nəşrlərin mühafizəsi, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan ilə bağlı XMU-nun elmi kitabxanasında saxlanılan nəşrlər barədə məlumat verilib. Eyni zamanda, elmi ədəbiyyatların mübadiləsi ilə bağlı razılıq əldə edilib. Məlumatda bildirilib ki, sözügedən konfransda BDU-nun beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru Şəlalə Məmmədova, elmi kitabxanasının direktoru Sara İbrahimova, kitabxanaçılıq və informasiya fakültəsinin dekanı Azad Qurbanov, XMU-nun elmi-pedaqoji işlər və beynəlxalq əməkdaşlıq üzrə prorektoru Zarif Nazirov, elmi kitabxanasının direktoru İrina Juravlyova, şöbə müdirləri, xarici dillər fakültəsinin magistrantı Rəsmiyyə Babayeva, müəllim və mütəxəssislər iştirak ediblər.
S.QARAYEVA



Bu yazı ( 156 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar