12px14px16px18px

Azərbaycanda orta məktəb müəllimlərinin fəaliyyəti xüsusi tədbirlərlə stimullaşdırılacaq

00:55 / 26.04.2012
Növbəti tədris ilindən Azərbaycanda 35 yaşadək istedadlı orta məktəb müəllimləri üçün stimullaşdırıcı tədbirlər görüləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, stimullaşdırıcı tədbir kimi həmin müəllimlərin dərs yükü digər müəllimlərin dərs yükündən fərqləndirilə bilər. Onların dərs yükü 24 saatadək artırıla bilər. Ancaq belə müəllimlərin dərs yükünün yalnız ehtiyac olduğu hallarda artırılması mümkün olacaq. Bundan əlavə, həmin müəllimlər “İlin ən yaxşı müəllimi” müsabiqəsi və digər kütləvi tədbirlərə, elmi-metodiki ədəbiyyatların, o cümlədən dərsliklərin hazırlanması prosesinə cəlb ediləcəklər. Bununla yanaşı, həmin müəllimlərin potensiallarından istifadə ediləcək.
Qeyd edək ki, ölkə üzrə 35 yaşadək təxminən 1000-ə yaxın müəllim müəyyənləşdirilib.
Nazirliyin məlumatında bildirilib ki, orta məktəb şagirdləri artıq evdə filtrasiyalı internetdən istifadə edə bilərlər. Hazırda Təhsil Nazirliyi və “İntel” korporasiyası tərəfindən həyata keçirilən “Bir şagird – bir kompüter” layihəsi çərçivəsində 2000 şagird təhsil üçün nəzərdə tutulmuş netbuklarla təmin edilib. “2008-2012-ci illərdə Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həmin şagirdlərə simsiz internet modemləri paylanıb.
Məlumatda vurğulanıb ki, filtrasiya servisinin təmənnasız olaraq təmin edilməsi artıq mümkündür. Bu prosesin tətbiqinə artıq başlanılıb. “Bir şagird – bir kompüter” layihəsi çərçivəsində netbuklarla təmin edilmiş 2000 şagirdin hər biri filtrasiyalı internetdən istifadə üçün müraciət edə bilər. Həmin şagirdlər yalnız aylıq internet paketini özləri almalıdırlar. Filtrasiyalı internetdən istifadə etmək istəyən, lakin “Bir şagird – bir kompüter” layihəsinə qoşulmayan hər bir digər məktəbli və ya tələbə bu paketi ödəmə yolu ilə “AzEduNet” şirkətindən əldə edə bilər.
S.QARAYEVA




Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar