12px14px16px18px

Gənclərin İKT sahəsində biliklərinin artırılması ilə bağlı seminar keçirilib

08:22 / 07.03.2012
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin qərargahında gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərinin artırılması məqsədilə iki günlük seminar təşkil olunub.
YAP Gənclər Birliyinin sədri Seymur Orucovun sözlərinə görə, YAP rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində iki günlük seminar baş tutub.
Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər.
I qrup texniki seminarı YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva, II qrup nəzəri seminarı birliyin sədr müavini Samirə Quliyeva və Sərraf Hüseynov, III qrup ideoloji seminarı isə birliyin icra katibinin müavini Mübariz Qurbanlı aparıb. I qrup seminarda gənclər internetdən istifadə, ondan müxtəlif formada istifadə qaydalarını öyrəniblər. II qrupu seminarda sosial şəbəkələrə müxtəlif prizmalardan yanaşmağa çalışılıb. III qrup ideoloji seminarda isə millət vəkili Mübariz Qurbanlı ölkədə aparılan ideoloji işlər və onların uğurları barədə gənclərə ətraflı məlumat verib. Hər üç bölmədə gənclərlə müxtəlif mövzular ətrafında müzakirə və qarşılıqlı fikir mübadiləsi aparılıb.
S.QARAYEVA



Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar