12px14px16px18px

Səməd Seyidov amerikalı diplomatla görüşüb

08:18 / 07.03.2012
Dünən Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi şöbəsinin müdiri Antoni Bairdi ilə görüşüb.
Görüş zamanı çıxış edən S.Seyidov rəhbəri olduğu universitet haqqında məlumat verərək universitetdə 14 dilin tədris olunduğunu vurğulayıb. Universitetdə 5000-dən çox tələbənin təhsil aldığını deyən rektor təhsil ocağının imkanlarından və təhsil sahəsindəki nailiyyətlərindən danışıb: “Dillər Universiteti Azərbaycanda xarici dil mütəxəssisləri, müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan yeganə universitetdir. Dillər Universiteti inkişaf etmiş təhsil və tədqiqat, yeni tədris siyasəti və dünyəvi elm və təhsil standartlarına cavab verən bakalavr və magistr proqramları üzrə fəaliyyət göstərir. Universitet müxtəlif ixtisaslar təklif edir və elmi prinsiplərə əsaslanan çoxsaylı müstəqil fakültələri özündə cəm edir. Dillər Universiteti ölkədə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir. Universitetin bir çox professor və müəllimləri elmi sahələrdə tanınır və müxtəlif milli və beynəlxalq mükafat və təqaüdlərə layiq görülmüşlər. Bu gün Universitet ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncüldür”. S.Seyidov ABŞ ilə mövcud olan əlaqələrdən danışıb və bu yaxınlarda Dillər Universitetinə gələn amerikanlı tələbələrin bu müddət ərzində Azərbaycan dilini, tarixini, mədəniyyətini, musiqisini öyrəndiklərini qeyd edib.
Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi şöbəsinin müdiri Antoni Baird öz növbəsində Dillər Universitetində olmaqdan məmnun olduğunu qeyd edib.
S.QARAYEVA




Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar