12px14px16px18px

TQDK rəhbərliyi Qazaxıstandakı elmi-praktik seminarda iştirak edib

02:16 / 03.03.2012  
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçirilən elmi-praktik seminara qatılıb. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, M. Abbaszadə seminarda “Azərbaycan Respublikasında ali məktəblərə qəbul imtahanları təcrübəsi” mövzusunda çıxış edərək ali məktəblərə qəbul imtahanları prosesi, bu sahədə əldə olunmuş təcrübə barədə ətraflı məlumat verib. Seminarda Qazaxıstanın Milli Test Mərkəzinin direktoru Kali Abdiyev ölkəsində 2013-cü ildə yeni qəbul imtahanı formatında eksperiment aparılmasının planlaşdırıldığını və bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsinin öyrənildiyini deyib. Tədbirdə Niderlandın “CİTO İnternational “ qurumunun direktoru Henk Moelands, İsrailin Milli Qiymətləndirmə və Test İnstitutunun baş direktoru Yov Koxen, Qırğızıstanın Təhsildə Qiymətləndirmə və Təlim Metodları Mərkəzinin direktoru İnna Valkova, “Anglia assesment” təşkilatından baş məsləhətçi Alqirdas Zabulionis da çıxış ediblər. Seminarda ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi istiqamətində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb. \
S.QARAYEVA


Bu yazı ( 213 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar