12px14px16px18px

Moskva Dövlət Universitetinin Bakı filialında magistraturaya qəbul elan edilib

02:16 / 03.03.2012
Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı rus bölməsinin əyani şöbəsində filologiya, riyaziyyat, kompüter elmləri, kimya ixtisaslaşmaları üzrə magistraturaya qəbul elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. MDU-nun Bakı filialının magistraturasına qəbul olmaq istəyən bakalavrlar birinci mərhələdə TQDK-nın keçirdiyi imtahanlarda, ikinci mərhələdə isə MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarında iştirak etməlidirlər. MDU-nun yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul sınaqlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 45 və daha artıq bal toplayan bakalavrlar iştirak edə bilərlər. Komissiyanın məlumatında bildirilib ki, müsabiqə MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaq. Filialın məzunlarına Lomonosov adına MDU-nun magistr diplomu təqdim ediləcək. Sənəd qəbulunun müddəti və MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarının qrafiki aprelin 8-dən gec olmayaraq elan olunacaq. S.QARAYEVA


Bu yazı ( 204 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar