12px14px16px18px

Rafiq Ağayev – 60!

02:45 / 05.06.2010  
İyunun 6-da ehtiyatda olan general-mayor, Azərbaycanın daxili işlər nazirinin keçmiş müavini, 3276 saylı hərbi hissəni sabiq komandiri Rafiq Ağayevin 60 yaşı tamam olur. R.Ağayev Azərbaycanın zəhmətkeş ailəsində doğulub və ailədə 9 uşaq olublar. Özü ehtiyatda olmasına baxmayaraq, qardaşlarından 3-ü Azərbaycanın hüquq mühafizə orqanlarında çalışır. Onun hərb sahəsinə marağı uşaq yaşlarından başlayıb. Özünün dediyi kimi, polkovnik rütbəsində olan dayısı onlara qonaq gələndə mündirini böyük olsa belə, hər zaman əyninə geyinib və hərbiçi olacağını deyirmiş. R.Ağayev bu həvəsi sonralar onu Saratov İnstituna gətirib və burada kursant kimi oxuyub. Saratovda oxuduğu müddətdə hərb sahəsinə marağı daha da artıb. Onun hərb sahəsində olan bacarıq və təcrübəsi sayəsində daha sonralar müxtəlif vəzifələr də çalışmağa imkan verib. Ehtiyatda olan bir hərbçi olmasına baxmayaraq, daim hüquq-mühafizə orqanlarında dostları ilə görüşür, onlara öz təcrübəsindən irəli gələn məsləhətlər verir. Onun bu sahəyə olan maraq və diqqəti övladlarına da sirayət edib. Belə ki, böyük oğlu Ədliyyə Nazirliyində çalışır. Ortancıl oğlu isə bir müddət hərbi təhqiqatçı olub. Lakin sonradan hərbidən çıxaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Qeyd edək ki, hazırda Rusiyada yaşayan və peşəkar zabit olan R.Ağayevin 60 illik yubileyi Rusiya mətbuatının da diqqətindən kənarda qalmayıb. Bu günlərdə “Kalina Krasnaya” qəzetində generalın həyat və fəaliyyətini əks etdirən geniş material işıq üzü görüb. General-mayor R.Ağayevi təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayırıq.


Bu yazı ( 680 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar