Eldar Sabiroğlu: “Türkiyəyə müayinə olunmaq üçün getmişəm”
“HƏKİMLƏR HƏR ŞEYİN QAYDASINDA OLDUĞUNU BİLDİRDİLƏR”
01:40 / 26.05.2012
“Gülhanə Tibb Akademiyasına müayinə olunmaq üçün getmişəm”. Bunu hazırda Türkiyədə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında deyib. Müdafiə Nazirliyinin sözçüsü mətbuatda səhhəti ilə bağlı Türkiyənin Gülnahə Hərbi Tibb Akademiyasına aparılması barədə yayılan məlumatlarla bağlı suala cavabında vəziyyətinin normal olduğunu açıqlayıb. E. Sabiroğlu 6 ay bundan əvvəl Gülhanə Hərbi Tibb Akademiyasında diz qapağından əməliyyat olunduğunu, bu dəfə həkimlərin məsləhəti ilə müayinə olunmaq üçün Türkiyəyə getdiyini deyib: “O zaman həkimlər məsləhət görmüşdülər ki, 6 ay sonra onlara müraciət edim, müayinələrdən keçim. Mən də buna əməl etdim, müayinə olundum. Həkimlər bildirdilər ki, hər şey qaydasındadır”. E. Sabiroğlu bir neçə gün sonra işə çıxacağını da deyib.Bu yazı ( 190 ) - dəfə oxunmuşdur