12px14px16px18px

Azərbaycan Rusiyaya zirehli və zirehsiz transportyorlar sifariş verib

01:39 / 26.05.2012
Azərbaycanın güc strukturları Rusiya istehsalı olan zirehli “Skorpion LŞA B” və zirehsiz “Scorpion LŞA” markalı transportyorlar sifariş verib. Bu barədə APA-nın Moskva müxbirinə Rusiyanın xüsusi və zirehli avtomobil istehsalı ilə məşğul olan “Zaşita” Korporasiya QSC-nin baş direktorunun müavini Aleksey Kaqarlitskiy məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın güc strukturları ilə “Zaşita” Korporasiya QSC arasında “Skorpion LŞA B” və “Scorpion LŞA”-nın alğı-satqısına dair danışıqlar gedir: “Azərbaycan tərəfini bizim istehsal etdiyimiz avtomobillər cəlb edib. Onlar zirehli “Skorpion LŞA B” və “Scorpion LŞA”-dan bir neçə ədəd sifariş veriblər”. Zirehli “Skorpion LŞA B” markalı transportyorun 8 nəfər ekipajı olur. Sifarişçinin istəyinə görə bunu artırmaq da olar. 100 kilometr məsafəyə 14-16 litr dizel yanacağı istehlak edən avtomobilin qiyməti 3,5 milyon rubldur. Zirehsiz “Scorpion LŞA”nın qiyməti isə 1,5 milyon rubldur.


Bu yazı ( 185 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar