12px14px16px18px

Ermənistan-Azərbaycan sərhədində cəbhə boyu vəziyyət gərginləşib

01:34 / 26.05.2012
Ermənistan Ordusunun bölmələri mayın 24-də saat 16.10-dan 16.20-dək, 16.50-dən 17.05-dək, 21.30-dan 21.36-dək və 23.05-dən 23.09-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 17.45-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18.35-dən 18.50-dək və 23.10-dan 23.14-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Aşağı Əskipara kəndlərində yerləşən mövqeləri, saat 17.20-dən 18.10-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar