12px14px16px18px

Türkiyənin Azərbaycandakı ilk səfiri Altan Karamanoğlu vəfat etdi

00:42 / 24.05.2012
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı ilk səfiri İlhami Altan Karamanoğlu uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, İ.A.Karamanoğlu Fransanın Lion şəhərində müalicə olunduğu xəstəxanada 77 yaşında dünyasının dəyişib. Mərhumun cənazəsi dünən Türkiyəyə gətirilib ə Xarici İşlər Nazirliyində keçirilən vida mərasimindən və Ankaranın Kocatəpə Camesində qılınacaq cənazə namazından sonra Karşıyaka məzarlığında dəfn edilib.
İ.A.Karamanoğlu 1935-ci ildə Bolu vilayətində dünyaya gəlib. Ankara Universitetinin hüquq fakültəsini bitirib. Diplomatik fəaliyyətə 1957-ci ildə XİN-in protokol idarəsində başlayıb. Sonra Türkiyənin Brüsseldəki səfirliyində 2-ci katib və baş katib, Hələbdəki Baş Konsulluqda konsul, Əlcəzairdəki səfirlikdə aparat rəhbəri, Madriddəki səfirlikdə aparat rəhbəri, Təbrizdə baş konsul, Lionda baş konsul, 1991-92-ci illərdə Bakıda baş konsul, 1992-95-ci illərdə Bakıda səfir, 1998-2000-ci illərdə Vilnüsdə səfir vəzifələrində çalışıb. 2000-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildən Lionda yaşayırdı.



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar