12px14px16px18px

Türkiyədə evə sahib olmaq xəyalı gerçəkləşir. Həm də 5 ulduzlu!

00:33 / 24.05.2012

Türkiyədə öz evində yaşamağı ürəyindən keçirənlərə müjdə. Bu ölkədə əcnəbilərin mülk alması qanuniləşib, artıq sizin də Türkiyədə eviniz ola bilər. Özü də 5 ulduzlu!
Bu barədə uzun fikirləşməyə də ehtiyac yoxdur, çünki Azərbaycanın “İSR” Şirkətlər Qrupu sizi çoxdan düşünüb. Qısa bir müddətdən sonra Türkiyənin Bodrum istirahət bölgəsində yerləşən Hilton Bodrum mehmanxanasının villalarına köçə bilərsiniz. Belə ki, “İSR” Şirkətlər Qrupu özünəməxsus 5 ulduzlu “Hilton Bodrum Türkbükü Resort & Spa” mehmanxanasının möhtəşəm dəniz mənzərəli ərazisində tikəcəyi villaları digər ölkələrin vətəndaşları ilə bərabər Azərbaycan vətəndaşlarına da təklif edir.
Əgər Bodrumda öz evinizdə oturub tətil keçirmək istəyirsinizsə, sayı az olacaq villalardan birinə sahib ola bilərsiniz. Bənzərsiz təbii gözəlliyə malik olan Türkbükü körfəzində tikiləcək bu villalar ilk müraciət edənlərə satılacaqdır. Bu villalar adi villa olmayacaq, Sizə Hilton mehmanxanasının 5 ulduz səviyyəsindəki rahatlığı vəd edir. Hər bir alıcının öz ehtiyaclarına görə layihələndiriləcək və lüks səviyyədə qurulacaq villaların gələcək sakinlərinə Hilton Bodrumun heyəti tərəfindən mehmanxananın müştərilərinə göstərilən bütün xidmətlər göstəriləcəkdir. Həmçinin villalarda yaşayanlar, mehmanxananın bütün imkanlarından o cümlədən 2 km uzunluğu olan və dövrümüzün “Sen Trope”si kimi qəbul edilən, bənzərsiz çimərliyindən də pulsuz olaraq istifadə edə biləcəklər. Tikiləcək villaların yerləşəcəyi əraziyə Bodrum Milas Hava Limanından 50 dəqiqəyə gəlmək mümkündür.





Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar