12px14px16px18px

Belçikada konfrans keçirilib

00:33 / 24.05.2012
Bu günlərdə “Sülhə gedən yol qadınlardan keçir” cəmiyyəti Belçika Senatında “Cənubi Qafqazda çətinliklər və problemlərdə qadınlara düşən yol, rol” mövzusunda konfrans keçirib. Konfransda bir çox problemlər müzakirə olunub. Bu konfransın təşkilatçısı Belçika Senatının üzvü, xanım Dopinik Tilmans olub. Konfransda Avropa İttifaqının Bakıdakı nümayəndəsi Rolan Kobnan çıxışında Azərbaycanı Qafqazda ən güclü iqtisadiyyata malik dövlət kimi təqdim edib. Həmçinin, səfir Bernard Faseye “ATƏT-in Minsk qrupunun Yuxarı Qarabağda münaqişənin həllindəki rolu” mövzusundakı çıxışında 1915-ci ilin hadisələrini xatırladıb. Konfransda Cənubi Qafqaz Gürcüstandakı böhranla əlaqədar Aİ xüsusi nümayəndəsi Cənab Filipp Lefor “Aİ-nin Cənubi Qafqaz münaqişəsində rolu mövzusunda çıxışı dinlənilib.
Brüssel Universitetinin keçmiş müəllimləri, ekspert və konusultant cənab Mişel İvor “Qarabağ münaqişəsi” mövzusunda çıxış edib.
Gürcüstan Parlamentinin sədr müavini xanım Rusudan Kervalişvili “Sülh proseslərində qadınların iştirakı BTTŞ-ini 1325-ci qətnaməsi” mövzusunda məruzə edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Aİ, NATO və Belçika krallığı üzrə nümayəndəliyinin müdir müavini, cənab Piyer Apraksin itgin düşmüş şəxslər” mövzusundan söz açıb.
Konfransın ikinci günü həm erməni tərəf, həm də bizim tərəfdən, o cümlədən səfirlərimiz də çıxış edib. Azərbaycan nümayəndə heyəti bütün sferalarda göstərdi ki, biz haqqın yanındayıq.
Həmçinin konfrans iştirakçısı Könül Hüseynova çıxışında 8 may 1992-ci ildə həyat yoldaşı və atasının şəhid olduğunu bildirib. O, torpağını, evimi, ailəsini itirməsinə baxmayaraq yenə də Qarabağ icmasının yerinə qayıtmasına istədiyini deyib. K.Hüseynovanın bu çıxışı bütün salon tərəfindən alqışlarla qarşılanıb.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycanın Qafqazda daha güclü dövlət olduğunu qeyd edərək, ölkəmizin böyük mədəniyyətə sahib olduğunu söyləyib.
Sülhə xidmət edən ən böyük tədbirin “Evrovision” olduğunu bildirən Novella Cəfərova deyib ki, əgər ermənilər doğrudan da sülh istəyirsə nə üçün həmin tədbirdə iştirak etmirlər? “Bir ay əvvəl Ermənistandan 10 millət vəkili Bakıya gəlmişdi. Onlar heç bir narahatçılıqla üzləşmədilər.
İndi nə üçün gəlmirlər? Bu onların sülh istəyindən olmamasından irəli gəlir”, – deyə o bildirib.
Belçikalı bir alim Azərbaycan gerçəkliyini öz çıxışında ortaya çıxararaq ermənilərin yalanları ifşa edib.
Belçika senatoru Hel Leynin Azərbaycan nümayəndə heyətinin yüksək səviyyədə qəbul edərək ziyafət verib.



Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar