12px14px16px18px

Oqtay Əsədov: “Eurovision”la bağlı anti-Azərbaycan təbliğatının kökündə Ermənistan və onun lobbisi dayanır”

00:48 / 23.05.2012

“Son günlər “Eurovision”la bağlı başladılan anti-Azərbaycan təbliğatının kökündə Ermənistan və onun lobbisi dayanır”. Bunu Milli Məclisin (MM) mayın 22-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı spiker Oqtay Əsədov dilə gətirib. Spikerin qeyd etdiyinə görə, “Eurovision”la bağlı anti-Azərbaycan kampaniyasında “fəallıq” göstərən İranda məlum hadisələr, onun mətbuat orqanlarında gedən yazılar sanki Ermənistanla eyni mərkəzdən idarə olunur: “Mən demək olar ki, hər gün Ermənistan saytlarında çıxan materialları izləyirəm və görürəm ki, həmin materiallardakı fikirlərlə İrandakı anti-Azərbaycan dairələrinin fikirləri üst-üstə düşür. Bunlar bir daha onu göstərir ki, Azərbaycan əleyhinə başladılan kampaniya eyni mərkəzdən – Ermənistandan idarə olunur”.Sonra spiker bir neçə il əvvəl İrandan olan yüksək vəzifəli şəxslə söhbətini danışıb: “2-3 il öncə İrandan Azərbaycana səfər edən yüksək vəzifəli bir şəxsi qəbul edirdim. Onunla görüşdükdən, hal-əhval tutduqdan sonra həmin şəxs mənə bildirdi: “Ağayi Oqtay, istəyirəm səmimi söhbət edək”. Mən də dedim ki, buyurun, necə istəyirsiniz. Mən ona bildirdim ki, İran Konstitusiyasında yazılıb ki, bu ölkə zəif ölkələrə əl tutmalıdır. Bunu deyərkən, siz Ermənistanımı nəzərdə tutursunuz? Həmin şəxs bu sualın qarşısında bir qədər duruxdu, özünü itirdi, sonra cavab verdi ki, onların Konstitusiyası “Quran-Kərim” və İslam dəyərləri əsasında yazılıb və həmin müddəa “Quran-Kərim”dən bir ayə kimi götürülüb. O zaman mən ona növbəti sualımı verdim ki, axı, İran Konstitusiyasında ilk öncə İranın islam ölkələrinə yardım etməsi, onları dəstəkləməsi göstərilir. Siz isə bunun əvəzində işğalçı, təcavüzkar Ermənistana, onun yaratdığı separatçı və oyuncaq Dağlıq Qarabağ rejiminə kömək edirsiniz. O isə söhbətdən yayınaraq başladı ki, Bakı-Ceyhan belə gəldi, İrandan yox, başqa yerdən çəkildi və s. və i. Bu zaman mən də ona bildirdim ki, vaxtında maliyyəniz var idisə, onu ortalığa qoyardınız və Bakı-Ceyhan da İrandan çəkilərdi. Yəni, demək istəyirəm ki erməni diasporu və lobbisi tərəfindən başladılan və çox təəssüflər olsun ki, İranın da bəzi dairələrinin də qoşulduğu, dəstək verdiyi anti-Azərbaycan kampaniyasının heç bir faydası olmayacaq, bu cəhdlər uğursuzluqla nəticələnəcək”.
KAMİL



Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar