12px14px16px18px

“Eurovision”da səslərin hesablanması mexanizmi açıqlandı

00:44 / 23.05.2012

“Eurovision 2012” mahnı müsabiqəsinin iştirakçılarına verilən səslərin hesablanması altı dəqiqə çəkəcək. Buna cavabdeh olan “Digame” şirkətinin nümayəndələri belə iddia edirlər. Şirkət Kölndə yerləşir və telesəsvermə sistemi və səslərin hesablanması işinə görə cavabdehlik daşıyır. Bu sistem “Eurovision” müsabiqəsinin uğurunun tərkib hissələrindən biridir. Bu barədə “Trend” “Deutsche Welle”yə istinadən məlumat verir. Səslərin hesablanması qrupunun rəhbəri Natali Senkovanın sözlərinə görə, “Digame” şirkətinin əməkdaşları əmin olmalıdırlar ki, bütün ölkələrdən verilən səslərin nəticələri tez və düzgün şəkildə sistemə daxil ediləcək: “Burada ab-hava çox gərgindir, layihəyə “Digame” şirkətinin bütün əməkdaşları cəlb edilib. Bu o deməkdir ki, hazırda hər bir ölkəyə ayrıca nəzarət edilir”.
Senkova komandanın digər iki lideri – Verner Klotç və Rene Klimken ilə birlikdə işlərin plan üzrə getməsinə görə məsuliyyət daşıyır: “Burada 60 nəfər var və düzgün nəticələri hesablamaq üçün onların hər birinin hər şeyi var. Bu, yorucu və stressdir. Hər dəqiqə telefon zəng çalır. Şou qurtaranda və nəticələr elan edildikdən sonra hamı xoşbəxt olacaq”.
“Digame” komandası iştirakçı ölkələrin telefon səsverməsini hesablamaqla və onların hesablama prosesini həyata keçirməklə hər bir ölkədən səsləri hesablayır.
“Biz bu şounun sonunda qalibi müəyyənləşdiririk. Bu o deməkdir ki, biz şounun ən həyəcanlı bir neçə dəqiqəsini təmin edirik”, – deyə qrupun rəhbəri bildirib.
56 il ərzində “Eurovision”da səsvermə qaydalarına tez-tez dəyişikliklər edilib. 1988-ci ilə qədər yalnız hər bir iştirakçı ölkənin münsiflər heyətinin üzvləri xal verə bilərdilər. Doqquz ildən sonra Avropa Yayımları Birliyi (EBU) qərara aldı ki, ictimaiyyət səsvermədə iştirak etməlidir.
Hazırda hər bir ölkədən səsləri həm münsiflər heyəti, həm ictimaiyyət verir. “Digame” şirkəti 2004-cü ildən etibarən telesəsvermə sisteminin idarə edilməsinə görə məsuliyyət daşıyır. Hər bir ölkə üçün səsvermə qurtaran kimi “Digame” komandası hər bir ölkədən verilən səsləri hesablamağa başlayır və səsvermənin nəticələri haqqında məlumat verir. Ona görə də televiziya aparıcıları öz ölkəsinin səsverməsinin nəticələrini canlı efirdə oxuya bilərlər.
SMS-məlumat “Digame” tərəfindən real vaxt rejimində işlənir, bütün Avropa üzrə müxtəlif telefon rabitə provayderlərindən daxil olan telefon zənglərinin nəticələri Kölnə göndərilir. Bütün səslər bir neçə dəqiqə ərzində toplanacaq.
“Hər bir nəticə yoxlanılmalıdır. Şənbə günü axşam saatlarında bütün nəticələr 6 dəqiqə ərzində hazır şəklə salınacaq”, – deyə Klotç vurğulayıb.
Üç il əvvəl olduğu kimi, 2012-ci ildə də tamaşaçıların səs vermək üçün cəmi 15 dəqiqə vaxtı olacaq. Telefon xətləri son çıxış qurtardıqdan sonra açıq olacaq.





Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar