12px14px16px18px

Təhsil müəssisələrinin akkreditasiya meyarlarında dəyişiklik ediləcək

00:41 / 23.05.2012

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiya meyarlarında dəyişikliklər ediləcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. O bildirib ki, dəyişikliklər növbəti tədris ilinədək hazırlanacaq: “Nazirlər Kabinetinin bu il aprelin 23-də verdiyi “Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri”nin təsdiq edilməsi haqqında qərara uyğun olaraq təhsil müəssisələrinin akkreditasiya meyarlarında dəyişikliklər edilməlidir. Normativlərdə nəzərdə tutulan dəyişikliklər akkreditasiya meyarlarında da öz əksini tapacaq. Hər bir təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu var və maddi-texniki baza akkreditasiya meyarlarının elementləridir. Bütün bunlar akkreditasiya zamanı yoxlanılır”. H. Zərbəliyev deyib ki, meyarlara edilən dəyişikliklər hazırlandıqdan sonra Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək.



Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar