12px14px16px18px

Əlaəddin Bürucerdi: “İranla altılıq” ölkələri arasında keçiriləcək Bağdad görüşü son dayanacaq deyil”

00:31 / 23.05.2012

“İranla altılıq” ölkələri arasında mayın 23-də keçiriləcək Bağdad müzakirələri son dayancaq deyil”. APA-nın məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi “əl-Aləm” televiziyasına müsahibəsində deyib. O bildirib ki, İran nüvə silahının istehsalını qadağan edən NPT müqaviləsinə qoşulub və onun şərtlərinə əməl edir: “Bununla yanaşı Tehran nüvə haqqından əl çəkməyəcək. Hamı bilməlidir ki, İran öz hüququna malik olan məqsədlərə çatmaq üçün səyləri davam edəcək”.



Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar