12px14px16px18px

İctimai Palatanın aclıq aksiyasına daha üç nəfər qoşulub

00:26 / 23.05.2012 İctimai Palatanın (İP) Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyasına daha üç nəfər qoşulub. İP katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, İP üzvləri Rəna Rəhmanova və Nəzakət Muradova dünən aclığa başlayıblar. Aksiyaya qoşulanlar arasında Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, hazırda həbsdə olan Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahov da var. Bir nəfər isə aclığı dayandırıb. Həkimlər AXCP üzvü Nüşabə Qafarlıya aksiyanın 5-ci günü səhhətində yaranan problem səbəbindən aclığı dayandırmasını tövsiyə ediblər. G. Aslanlı hazırda aclıq edənlərin 9 nəfər olduğunu söyləyib.
Qeyd edək ki, hazırda həbsdə olan Arif Hacılı, Babək Həsənov, Bəxtiyar Hacıyev, Əhəd Məmmədli, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Ülvi Quliyev, Vidadi İsgəndərli və Zülfüqar Eyvazlı mayın 15-dən aclıq aksiyası keçirir. Müsavat Partiyasının qərargahında keçirilən aksiya isə həbsdə olan şəxslərin aclıq aksiyasına dəstək xarakteri daşıyır.



Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar