12px14px16px18px

Elçin Behbudov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirdi

00:24 / 23.05.2012 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. E. Behbudovun APA-ya verdiyi məlumata görə, təcridxana əsaslı təmir olunur: “Biz orada olarkən təmir işləri aparılırdı. Bunun üçün də hazırda orada saxlanılan yoxdur”. Hüquq müdafiəçisi, həmçinin Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirib: “Orada beş nəfər təqsirləndirilən şəxs saxlanılırdı. Monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm”.




Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar