12px14px16px18px

Hərbi hissədə öldürülmüş erməni hərbçisinin anası: “Oğlumun qətlində Sərkisyan və ətrafının əli var”

ASMİK OVANİSYAN: “ERMƏNİSTANA AĞILLILAR LAZIM DEYİL, AXMAQLAR VƏ XULİQANLAR NƏ QƏDƏR ÇOX OLSA, ONLARI İDARƏ ETMƏK O QƏDƏR ASANDIR”

00:48 / 19.05.2012
Ermənistan ordusunda hərbi xidmət zamanı öldürülən hərbçilərin anaları prezident Serj Sərkisyanın iqamətgahı qarşısında aksiya keçirməyə cəhd göstəriblər. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, polis qadınların iqamətgaha yaxınlaşmasına imkan verməyib. Ermənistan prezidenti ilə görüş tələb edən qadınlar bildiriblər ki, artıq itirməyə heç nələri yoxdur və bundan sonra öz hərəkətlərinə cavabdeh deyillər. 2007-ci ilin avqustunda hərbi hissədə öldürülmüş Tiqran Ohancanyanın anası qətl faktı üzrə araşdırma aparılmadığını bildirib: “Oğlumu 19 yaşadək ona görə böyütməmişdim ki, onun əvəzinə mənə məzar qaytarsınlar. Belə davam edə bilməz. Ya bu əməlləri dayandırın, ya biz anaları öldürün. Mən beş ildir ədalətli istintaq tələb edirəm, lazımdırsa, oğlumun meyitinin eksqumasiyasına hazıram. Əgər prezident qarşımıza çıxmasa və oğlumun qatillərini cəzalandırmasa, onda mənim haqqım var ki, prezident və ətrafının bu qətldə əli olduğunu iddia edim”. 2010-cu ildə qətlə yetirilmiş leytenant Artak Nazaryanın anası Asmik Ovanisyan bildirib ki, hərbi xidmətdə olan şəxslər seçilərək qətlə yetirirlər: “Bu ölkəyə ağıllı uşaqlar lazım deyil. Axmaqlar və xuliqanlar nə qədər çox olsa, onları idarə etmək o qədər asandır. Ölümlər təsadüfi olmayıb, ən yaxşıları seçib öldürürlər”.


Bu yazı ( 216 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar