12px14px16px18px

“Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində”

00:47 / 19.05.2012  
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, Emin Arifin (Şıxəliyevin) “Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində” monoqrafiyasının təqdimatı keçirilib. AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev monoqrafiyanı yüksək dəyərləndirərək müəllifin bu problem ətrafında uzun illər apardığı çoxsaylı tədqiqatlarını da yüksək qiymətləndirib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, dosent Şükür Məmmədov, YAP Naxçıvan şəhər təşkilatının sədri, dosent Elman Cəfərli, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, Asəf Orucov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Fariz Yunisli çıxış ediblər. Emin Şıxəliyev də çıxış edərək ona göstərilən yüksək diqqət və qayğıya görə muxtar respublika rəhbərliyinə, AMEA-nın Naxçıvan Bölməsinin sədrinə və kitabı yüksək dəyərləndirib haqqında xoş söz söyləyənlərə minnətdarlığını bildirib. Türkanə HÜSEYNOVA, AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı


Bu yazı ( 220 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar