12px14px16px18px

Növbəti Qarabağ Forumu keçirildi

00:46 / 19.05.2012
Dünən Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, forum iştirakçıları tədbir öncəsi Laçının işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. Forumu “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov aparıb. Tədbirdə çıxış edən Qarabağ uğrunda İslami Müqavimət Hərəkatı sədr Hacı Rövşən Əhmədli, QAT sədrinin müavinləri Gültəkin Quliyeva, İlqar Əliyev, QAT sədri Akif Nağı, Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov və digərləri Minsk Qrupunun fəaliyyətinin Ermənistanın maraqlarına xidmət etdiyini bildiriblər. Forumda Azərbaycan hökumətindən işğal edilən ərazilərin azad olunması üçün hərbi əməliyyatlara başlanması da tələb edilib. Forumun qətnaməsində isə bildirilib ki, sülh danışıqlarından imtina edilməli, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılmalı, Azərbaycan BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı dövlət kimi tanınması, ona qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələ qaldırmalı, ölkə hüdudlarında isə “Milli Birlik Cəbhəsi” formatında qurum yaradılmalı, bu qurum vasitəsilə bütün ictimai-siyasi təşkilatların fəaliyyəti əlaqələndirilməli, orduya dəstək təmin edilməlidir.


Bu yazı ( 211 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar