12px14px16px18px

Mədət Quliyev: “Vərəm xəstəliyindən ölən məhkumların sayı azalıb”

01:12 / 18.05.2012
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev BMT-nin Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir müavini Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barəsində məlumat verib. M. Quliyev son illər ərzində BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azaldığını deyib. BMT-nin xüsusi məruzəçisi Anand Qrover Penitensiar Xidmətin fəaliyyəti, səhiyyə xidmətinin təşkili, habelə cəzanın icrası və cəkilməsi qaydaları ilə bağlı suallar verib. Onun sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Görüş zamanı bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarına baş çəkilməsi haqda razılıq əldə edilib.


Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar