12px14px16px18px

“Diplomatik İnsight” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı çapdan çıxıb

00:58 / 18.05.2012
Pakistanda diplomatiya sahəsində analitik yazılarla seçilən nüfuzlu “Diplomatik İnsight” jurnalının may ayı üzrə xüsusi buraxılışı Azərbaycana həsr edilib. Buraxılışın ön qabığında Azərbaycanın Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın bayrağı fonunda şəkilləri yerləşdirilib. Jurnalın ilk səhifələrində nəşrin redaktorunun Azərbaycan-Pakistan münasibətlərinə həsr edilmiş yazısı və Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarovun oxuculara müraciəti dərc edilmiş, ölkəmizin enerji layihələri, investisiya mühiti, maliyyə və bank sistemi, turizm imkanları, mədəniyyət və incəsənətə dair geniş məlumatlar yerləşdirilib. Daha sonra, Azərbaycanın Meksikada səfiri İlqar Muxtarovun və həmin ölkədə Xocalıya ədalət kampaniyasının təmsilçisi Ximena Remolinınin Xocalı soyqırımına həsr edilmiş məqalələri nəşr edilib. Jurnalda Pakistan senatı xarici əlaqələr komitəsinin sabiq sədri, keçmiş neft və təbii resuslar naziri, tanınmış ictimai-siyasi xadim Salim Seyfulla Xanın Pakistan-Azərbaycan əlaqələrinə və Senatın Katibi İftixarulla Babarın fevral ayında Pakistan senatı tərəfindən qəbul edilmiş Xocalı soyqırımına dair qətnaməyə həsr edilmiş məqalələri dərc olunub. Buraxılışda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş silsilə humanitar layihələrə xüsusi yer ayrılaraq, ölkənin müxtəlif regionlarında icra edilmiş aksiyalar haqqında geniş məlumatlar verilib. Xüsusi buraxılışda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət analizi şöbəsinin rəisi, professor Rövşən İbrahimov və Qafqaz Universitetinin xarici əlaqələr fakültəsinin dekanı Əziz Hüseynovun, Pakistanın Preston Universitetinin rektoru professor Abdul Basitin, Kayde Azam Universitetinin siyasət və beynəlxalq əlaqələr məktəbinin direktoru professor Lubna Alinin və həmin universitetin professoru Razia Sultananın iki ölkələrimiz arasında siyasi, hərbi və iqtisadi münasibətlərinə dair yazıları öz yerini tapıb. Jurnalın sonunda Azərbaycan Diplomatik Akademiyasının stipendiantı Xurram Kazinin ölkəmizin mədəniyyəti, adət-ənənələri, toy mərasimləri, Novruz bayramı, “Eurovision 2012” mahnı müsabiqəsi və digər mövzularını işıqlandıran geniş məqaləsi dərc edilib. Xüsusi buraxılışda Azərbaycan-Pakistan münasibətlərinin məqamlarını, həmçinin Azərbaycanın görüntülərini təsvir edən çoxsaylı foto şəkillər yerləşdirilmiş, arxa qabığında isə “Eurovision 2012” mahnı müsabiqəsinin loqosu dərc edilib.


Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar