12px14px16px18px

Azərbaycan “Metsamor” AES-in fəaliyyətini dayandırmağa çağırıb

01:31 / 17.05.2012

Dünən Bakıda Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Daxili Nəzarət Xidmətləri İdarəsinin direktoru Karsten Mayerlə görüşüb.
Bu barədə “APA-ECONOMICS”ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə “Enerji üzrə Milli Baş Planın İnkişaf Etdirilməsi” və “Nüvə Enerjisindən İstifadənin Dəstəklənməsi” layihələri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı N. Abbasov qeyd edib ki, Ermənistan ərazisində yerləşən “Metsamor” atom enerjisi stansiyası (AES) bütün region üçün təhlükə mənbəyinə çevrilib. Sözügedən AES-in hazırda qəzalı vəziyyətdə olduğunu və nəticədə ciddi problem yarada biləcəyini vurğulayan N. Abbasov həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi öz imkanlarından istifadə edərək “Metsamor” AES-in fəaliyyətini dayandırmağa çağırıb.



Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar