12px14px16px18px

İctimai Palata dövlət qurumlarını məhkəməyə verdi

01:27 / 17.05.2012 İctimai Palata (İP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH), Nəqliyyat Nazirliyini və Bakı Şəhər Baş Polis İdarəsini (BŞBPİ) məhkəməyə verib. İP üzvü, Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu deyib ki, qurum adından şikayət ərizəsi İP üzvləri Rafiq Manaflı, Tofiq Yaqublu və Asəf Quliyevin imzası ilə 1 saylı Bakı Şəhər İnzibati-İqtisad Məhkəməsinə təqdim edilib. İddia ərizəsində göstərilir ki, İctimai Palatanın aprelin 22-də keçirdiyi mitinq zamanı paytaxt rəhbərliyi kütləvi aksiyanın normal keçirilməsinə şərait yaratmayıb. Nəqliyyat Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi isə insanların aksiyaya gəlməsinə maneələr törədiblər. İddiaçı tərəf məhkəmədən hər bir quruma 1000 manat təzminat ödənilməsi ilə yanaşı, hərəkətin qanunsuz olması barədə qərar çıxarılmasını tələb edib. T. Yaqublu qeyd edib ki, iddiaya aid materiallar məhkəməyə proses zamanı təqdim ediləcək.




Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar