12px14px16px18px

Azərbaycan şeiri Oksfordda səslənib

12:25 / 16.05.2012
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı may ayının 8-9-da Oksford Universitetinin dəvəti ilə bu dünyaca ünlü təhsil ocağında olub və uluslararası şeir və musiqi festivalında çıxış edib. VHP Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, festival mayın 8-də Universitetin məşhur “Musiqi Salonu”nda açılıb. Görüşdə Sabir Rüstəmxanlı Bakıda ingiliscəyə sətri tərcüməylə birgə buraxılmış yeni şeirlər kitabını da təqdim edib. Oksford Universitetinin müəllimlərindən araşdırmaçı alim Con Ballam, Londondakı Azərbaycan Evinin rəhbəri Alı Tegin Atalay, görüşün təşkilatçılarından olan şair, Türkiyə Erdahan Universitetinin müəllimi Annaquli Nurməmmədov gecənin əhəmiyyətindən, o cümlədən azərbaycanlı qonağın yaradıcılığından danışıb. Sonra gecədə S. Rüstəmxanlının şeirləri Azərbaycan və ingilis dillərində oxunub. Mayın 10-da S. Rüstəmxanlı Azərbaycanın İngiltərədəki səfirliyinin təşkil etdiyi mərasimə qatılıb, Azərbaycan icmasının nümayəndələri, Avropa Azərbaycan Cəmiyyətinin üzvləri ilə görüşüb. Həmin gün axşam Londondakı Azərbaycan Evində Avrasiya musiqi və şeir festivalı çərçivəsində çıxış edən S. Rüstəmxanlı son günlər İranda təşkil olunan anti-Azərbaycan təbliğatına münasibət bildirib, azərbaycanlıların 200 ildən bəri üzləşdikləri faciələri beynəlxalq təşkilatlara çatdırmaq baxımından DAK-ın gördüyü işlərdən danışıb. Görüşdə Sabir Rüstəmxanlının Azərbaycan və ingilis dilində çap olunmuş “Sənsizliyi yaşamaq”, eləcə də Oksford Universitetinin buraxdığı “May düşüncələri” kitablarının təqdimatı da keçirilib.



Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar