12px14px16px18px

Türkdilli dövlət başçılarının sammiti keçiriləcək

12:10 / 16.05.2012
Avqustda Qırğızıstanın paytaxtı Bişkek şəhərində 4 türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirakı ilə sammit keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Türk Akademiyasının (TA) vitse-prezidenti Əsgər Umarov bildirib. Sammitdə TA-na beynəlxalq status verilməsi barədə deklarasiya imzalanacaq. Bununla da, adı çəkilən 4 dövlət akademiyanın rəsmi təsisçisi elan olacaq. Deklarasiya imzalanandan sonra TA büdcəsi 4 dövlət tərəfindən formalaşdırılacaq. Qeyd edək ki, indiyə kimi TA-nın yaradıcısı Qazaxıstan hesab olunur. TA Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Akademiyanın birinci sammiti Almatıda keçirilib.



Bu yazı ( 44 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar